"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ Aramızda min manat söhbəti olmayib”

--2016-02-21 / 05:22

"Sahibkar bələdiyyə sədrinin özbaşınalığına görə fəaliyyət göstərə bilmir.

Ucar rayonu Küçəkənd bələdiyyəsinin sədri balıq yetişdirmək istəyən sahibkardan rüşvət istəyir.

Bununla bağlı sahibkar Göyçay rayon sakini Məmmədyarov Müşviq Sidqi oğlu Ölkə.Az-a danışıb. (Vətəndaşın müraciətinə buradan tanış olmaq olar-

http://www.olke.az/olke-2/belediyye-sedri-sahibkarligi-bogur-1000-manat-vermesen-isleye-bilmezsen-fotolar-45862 )"

Məsələyə münasibət bildirən Ucar rayonu Pirkənd bələdiyyəsinin sədri Ağakişi Kərimov  Belediyye.info açıqlamsında bildirib ki, Küçəkənd bələdiyyəsi 2014- cü il seçkilərində  Qaraçallı   bələdiyyəsiylə birlikdə Pirkənd bələdiyyəsinə birləşdirilib. Və ötən ilin yanvarından bələdiyyənin ilk iclasında sədr seçilmişəm.

Vətəndaşla bələdiyyə arasında olan yaranan narahatlığa toxunan sədr bildirib ki, ərizəçi özü  bələdiyyəyə gələrək yenidən müqavilə bağlamaq niyytində olduğunu bildirib. Səmimi söhbətimiz olub, hansı sənədlərin lazım olduğunu və indiyədək olan borcunun   banka ödənilməsinin  demişəm. Təəsüf edirəm ki, borcu ödəmək əvəzinə və sənədləri yığıb bələdiyyəyə gətirmək əvəzinə internet mediaya müraciət edib.

Vətəndaşla hər hansı formada “min manat” söhbəti olmayıb və ola bilməzdi. Bildiyiniz kimi, bu gün nəğdsiz ödəniş həyata keçirilə bilməz. Bu qanunla qadağandır. Belə cinayəti  bu yaşımda etmək mənə yaraşmaz. Vətəndaş sənədləri toplayıb bələdiyəyə mütaciət etməli və borcunu ödəməyə çalışmalıdır. Bizdə bələdiyyə iclasında onun müraciətinə baxıb həlli üçün köməyimizi edərik.

 Belediyye.info

ŞƏRHLƏR